Olay
Olay

Dilarə Əliyeva nəvəsi ilə…

Dilarə Əliyeva nəvəsi ilə…

Əməkdar artist Dilarə Əliyeva nəvəsi ilə paylaşım edib.

OLAY yazır ki, aktrisa qızının övladı Aygüllə şəillərini izləyiciləriylə bölüşüb.

O, paylaşıma nəvəsinin adına olan şeir yazıb:

“Aygül...

Adı kimi ay işığına bürünüb gəlmiş, Gecəmin sakitliyi, gündüzümün gülüşü... Balaca əlləri ilə həyatın ən saf nəğməsini yazır, Hər addımı sanki dua kimi yerə dəyir.

O danışanda küləklər belə susur, Çünki bu uşaqda səmaların sirri var. Gözlərindəki parıltı - min illik ulduzlardan miras, Qəlbi - çiçəklər kimi incə, büllur kimi şəffaf.

Aygül böyüyür, amma mənim üçün o həmişə ilk dəfə Dilarə səslənişi ilə yadımda qalacaq, Bir gülüşüylə baharı gətirən, Bir baxışıyla bütün dərdləri unutduran.

Ey Tanrım, onu qoru - Bu dünyanın səs-küyündən, Hissiz insanların daş baxışlarından... Çünki Aygül - yalnız bir uşaq deyil, O, bir nurdur...

Qəlbimdə əbədi açan təkcə bir gül”.