İnfluenser Mehin Oktaylı (İconmekh) Dövlət Gömrük Komitəsindən şikayət edib.
OLAY yazır ki, bu barədə Mehin instaqramda məlumat yayıb. Mehin bildirib ki, anasının çamadanı gömrükdə əlindən alınıb:
“17 May tarixində anam Nərgiz Zahirova İstanbuldan Bakıya uçuş edib. Və vətənə çatan kimi hava limanında çamadanını əlindən alıblar. İçində sadəcə özünə, mənə, və nəvəsinə aldığı geyimlər olub. Satış məqsədli geyimlər gətirilməyib! Anam israrla “açın, baxın çamadana” dediyi halda heç bir işçi açıb baxmadan əlindən alıblar. Hətda kobud rəftar edərək öz tərbiyyələrini göstəriblər! 2 gündür hava limanına getməyinə baxmayaraq hələ də çamadanı vermirlər. Səbəb isə “ürəyimiz belə istəyir” olur. Siz camaatı dolamısınız?!! Gömrük Komitəsi, İstanbula gedən hər kəs özü və ailəsi üçün alış-veriş edir! Mənə maraqlıdır, bu qayda-qanunuz hər bir vətəndaş üçün belədir?! Ya keyfiniz istədiyi şəxsin çamadanını heç bir səbəb olmadan əlindən alırsınız?!! Bu dövlətin qanunu qaydası var və heç kim özbaşınalıq edə bilməz! Bir az insaf, bir az vicdan!! O çamadan evə gələcək, amma mən sizdən hər yerə şikayət edəcəm”.