Olay
Olay

“Anamdan geriyə nə qaldı?"

“Anamdan geriyə nə qaldı?"

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, aparıcı yaşadığı çətin günlərə eyham vuraraq bunları yazıb:

“Yunus Emre demiş, mal sahibi, mülk sahibi! Hanı bunun ilk sahibi? Nə güzəl söyləmiş... Sadi-i Şirazi isə “səndən geriyə qalan sənin sayılmaz” deyir.  Anamdan nə qaldı geriyə? Yaxşılıqları, yaxşılıqla xatirələrdə qalın. İnsanlara pislik etməyin, yardım etmədiyiniz insanların əməyini heç etməyə çalışmayın. Təkcə yaxşılıq, sevgi, mərhəmət bizi Allaha yaxınlaşdıra bilər”.

Qeyd edək ki, aparıcının anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.