Olay
Olay

Röya efirlərə çıxmamasının səbəbini açıqladı

Röya efirlərə çıxmamasının səbəbini açıqladı

“Bilirsiniz ki, hazırda mən “Səs Azərbaycan” yarışmasının münsif üzvlərindən biriyəm. Gözləyirəm ki, oradakı komandama səsi güclü olan ifaçılar toplaşsın və sonra hamısı ilə birgə efirlərə qonaq gedəcəyəm”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan “Maqazin plyus” verilişində müsahibəsində deyib.

Bu il sənət və yaradıcılığının 25 illiyini qeyd edən sənətçi bildirib ki, bu münasibətlə o yaxın zamanda verəcəyi solo konsert üzərində çalışır:

“Qarşıda çox yaxşı işlər olacaq. Bu il mənim sənət və yaradıcılığımın 25 ili tamam olur. 25 ildir ki, həyatınıza girmişəm. Bu münasibətlə 25 illik solo konsertimə hazırlaşıram. Səhər yuxudan durub efirə getmək məni yorar. Konsertimdə qapalı, uzun libas geyinəcəyəm və səhnəyə çıxıb tamaşaçılar üçün oxuyacağam”.