Olay
Olay

“Bilirdi ki, kimə gəlir” - Zamiq xanımından danışdı

“Bilirdi ki, kimə gəlir” - Zamiq xanımından danışdı

Müğənni Zamiq Hüseynov xanımı ilə bağlı açıqlamalar verib. 

OLAY yazır ki, bu barədə o, RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində danışıb.

Zamiq deyib ki, xanımı əvvəllər qısqanclıq etsə də, indi onun populyarlığı ilə əlaqəli pərəstişkarlarının olmasına öyrəşib:

“Əvvəllər qısqanclıq var idi. İndi öyrəşiblər. Gələn də bilirdi ki, kimə gəlir... Bilməyəndə də öyrədirdilər ki, bu adamın işinin belə olduğunu bilirdin. Müəyyən bir vaxtdan sonra baxırlar ki, mən normaldan da daha normalam. Başqa gedəcək yerim yoxdur. Müəyyən çevrəmiz var, hamını tanıyırlar. İşim-gücüm bəllidir, hamısı telefonlardadır. Mən kişi kimi qısqancam. Amma dostlarımı qısqanmaram. Yaxşı insanları yaxşı insanlarla tanış edərəm. İstəyərəm ki, ətrafımda yaxşı insanlar çox olsun. Ətrafda mənə körpü deyirlər, sağlıq deyəndə söyləyirlər ki, bu ətrafı Zamiq qurub. O barədə qısqanc deyiləm. Amma sevgidə qısqanclıq yoxdursa, deməli nəsə düz deyil. Mən özümdən deyirəm. Elə insanlar var ki, qısqanc deyil. Sevgidə qısqanclıq yoxdursa, elə hiss edərəm ki,doymuşam”.

Qeyd edək ki, cütlüyün bir oğlan övladı var.