“Konsertə hazırlaşıram, başım bu işlərə qarışıb. Bütün gücümü konsert hazırlıqlarına yönəltmişəm. Heydər Əliyev Sarayının səhnəsinə mərhum həmkarım, reper Anar Nağılbazla da çıxmışam. Formatı elə seçdik ki, Heydər Əliyev Sarayı daha konsert üçün daha uyğun olsun”.
OLAY yazır ki, bu sözləri uzun zamandır efirlərdən uzaqlaşan reper Elşad Xose “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.
Mayın 25-də “Manifest” adlı konsert proqramı ilə ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında çıxış edəcəyini söyləyən Xose son zamanlar həmkarlarının müğənnilərə mahnılar yazmasına belə reaskiya verib:
“Bu tək bizdə deyil, bütün dünyada belədir. Rep industriyasına hamı yaxın olmağa çalışır. Bizdə də reperlər artıq pop ulduzlara mahnılar yazırlar. Yəgin hər şey mətnlə bağlıdır. Burada söhbət nəyin ki, musiqidən hətta mətndən gedir”.
Müxbirin “Özünüzə rəqib görmədiyiniz üçün meydanı tərk etmisiniz?” sözlərinə Elşadın cavabı belə olub:
“Yaşa doluruq ona görə... Bəlkə də elə budur səbəb. Amma bu məsələ yaşla da bağlıdır”.