Olay
Olay

Nigar Camaldan sevgi mahnısı!

Nigar Camaldan sevgi mahnısı!

Müğənni Nigar Camal “Unutsan” adlı yeni mahnısını təqdim edib.

OLAY yazır ki, mahnının söz və musiqisi Miroya məxsusdur. Sənətçi yeni layihəsi üçün kamera qarşısına da keçib. Onun klipini daha öncə “Get həyatımdan” mahnısını ekranlaşdıran Ramin Niftəliyev ərsəyə gətirib.

“Unutsan” adlı mahnıda tənha qadının sevgisindən bəhs olunur. Nigara klipdə tanınmış model Siraj Bayalı partnyorluq edib. Camal ekran işində müxtəlif obrazlar canlandırıb.

Nigarın tərzi üzərində stilist və dizayner Vəfa İsazadə çalışıb.