Olay
Olay

“Aktrisa olduğuma görə rəfiqəm məndən üz döndərdi” - Pərvin

“Aktrisa olduğuma görə rəfiqəm məndən üz döndərdi” - Pərvin

“Şou-biznesdə dostum yoxdur. Nə öz sahəmdə nə də ki müğənni sahəsində. Mənim demək olar ki, hamı ilə axşı münasibətim var. Amma bu sərhəd çərçivəsindədir. Bunun əksi də var… Çünki biz də bilirik ki, şou-biznesdə dostluq edən bir çox məşhurlar var. Mən özümə görə deyirəm ki, düşünürəm ki, bir sahədəsinizsə dost yoxdur”.

OLAY yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “Xəbərin vat?” maqazin verilişində deyib.

Sənətçi bildirib ki, aktrisa olduqdan sonra onun həmkarı ondan üz döndərib: 

“İstər-istəməz paxıllıq və qısqanclıq olur. Mahnını, səsini, pulunu, gəlirini qısqana bilir. Misal üçün özümün üzləşdiyi bir hadisəni danışım. Bu sənətə gələndə bir yaxın rəfiqəm var idi. O da aktrisa idi. Bu sənətə gəldiyimə görə o qız məndən üz döndərdi. O dili ilə mənə dedi ki, sən niyə bu işi görürsən, get başqa işi gör. O qız artıq bu sahədə yoxdur. Adını çəkə bilmərəm. O indi ailəlidir və uşağı var. Keçmiş aktrisalardan biridir. O gündən o qızın mənimlə düşmən olduğunu bilirəm. O qız o gündən bu günə kimi mənimlə danışmır. Deyir ki, sən görürsən ki, mən aktrisayam sən niyə aktrisa olursan”.