“Məhəllə” filminin obrazlarının süni intellektlə uşaqlıq görüntüləri hazırlanıb.
OLAY yazır ki, qrafik dizayner Mirmehdi Seyidzadə ekran işinin personajlarının uşaq versiyasını yaradıb.
Onların sırasında mərhum aktyor Elçin Həmidovun Məzi obrazı, Əməkdar artist Rafael İskəndərovun Qüdrət, Əməkdar artist Coşqun Rəhimovun Tofiq, Əməkdar artistlər Tahir və Cabir İmanovların Eliş Roşka, İlham Qasımovun isə Ruslan personajı yer alıb.