Xalq artisti və iş adamı Emin Ağlarov dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopeslə tanış olması hadisəsindən söz açıb.
OLAY yazır ki, sənətçi bildirib ki, həmkarı ilə 20 il əvvəl tanış olub.
“Atam Araz Ağalarov Amerikadan gəldi və söylədi ki, Cennifer Lopesin köməkçiləri ilə görüşüb. O, ilk geyim kolleksiyasını təqdim edəcək. Onun mağazasının Rusiyada alış-veriş mərkəzimizdə açılmasını istədi. Bir il sonra onun ilk mağazası Rusiyada açıldı. Cennifer həmin vaxt Mark Entoni ilə görüşürdü. Onlar açılışa birlikdə qatılmışdırlar.
Sonra onun Bakıda konsertini təşkil etdim. Onu seyr etməyə 20 min tamaşaçı gəlmişdi. Uğurlu alındı, özüm də konsertdə çıxış etdim. Sonra onunla kulisdə də görüşdük” – deyə, Emin vurğulayıb.