Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin həddən artıq idman etməsi başına iş açıb.
OLAY yazır ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb. O bildirib ki, Nəsrinin məşqlərdən sonra omba sümüyündə ödem yaranıb.
Bu səbəbdən xəstəxanaya aparılan Nəsrinə həkim lazım olmadıqca ayağa qalxmağı qadağan edib və 6 həftəlik istirahət verib. “Sandık kokusu”nda rol alan sənətçi 10 gün çəkilişlərdən uzaq qalıb.
Yenidən “set”ə dönən Cavadzadə qoltuq dəstəkləri ilə işinə davam edib.