“Şakir Paşa ailesi: Mucizeler ve Skandallar” serialının Aniesesi, italyan aktrisa Denise Kapezza mərhum Xalq artisti Rəşid Behbudovla bağlı paylaşım edib.
OLAY yazır ki, Denise ekran işinin çəkilişində R. Behbudovun “Qara qız” mahnısı ilə əyləndikləri anı izləyiciləri ilə bölüşüb.
Videoda serialın digər baş rolu, “Şakir Paşa”sı Fırat Tanışla yanaşı Yağmur Başkurt (Hakkiye), Onur Durmaz (Asım) və Devrim Yakut (Sara hala) yer alıb.