Olay
Olay

Məşhur müğənninin oğlu münsifləri heyran etdi - Video

Məşhur müğənninin oğlu münsifləri heyran etdi   - Video

Müğənni İlqar Xəyalın oğlu Teymur Hənifəyev “Səs Azərbaycan” yarışmasına qatılıb.

OLAY yazır ki, “La la la” mahnısını pianoda  ifa edən Teymur dörd münsifi də döndürməyi bacarıb. 

Hətta o, Xalq artisti Zülfiyyə Xanbabayevanın və tamaşaçıların xahişi ilə mahnını ikinci dəfə səsləndirib. Bundan sonra, jüri  Teymur üçün yarışa başlayıb. 

Onlar gənc ifaçıya müxtəlif vədlər verib öz komandalarına daxil etməyə çalışıblar. Hətta Xalq artisti Röya Ayxan iştirakçıya duet təklifi də edib. Sonda Teymur R. Ayxanı seçib.