Azərbaycanın builki Avroviziya təmsilçisi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
OLAY-ın məlumatına görə, “esc2025leak” adlı səhifə İctimai TV-nin “Mamagama” qrupunu seçdiyini iddia edib.
Onların sözlərinə görə, əslində təmsilçi kimi Mehin Hümbətova seçilsə də, son dəqiqə dəyişikliklə “Mamagama” qrupu bu ünvanı qazanıb.
Rəsmi açıqlama isə bu gün 20:00-da yayımlanacaq.
Qeyd edək ki, “Mamagama” 2023-cü ildə də təmsilçi olmaq üçün namizəd olmuşdu. Hətta daha əvvəl qrup Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. Onlar Albaniyada keçirilən 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edərək,“Best new international artist” kateqoriya üzrə qalib olub. “Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.