Əməkdar artist Elza Seyidcahan növbəti açıqlaması ilə müzakirə yaradıb.
OLAY yazır ki, “Sözbaz” proqramına qonaq olan sənətçi övladlarından bəhs edib. Elza deyib ki, o, uşaqları üçün yox, xalqı üçün yaşayır:
“Allahı sevirəm. Övladlar Allahındır. Elə adamlar var ki, deyirlər: “Mən həyatda oğlum-qızım üçün yaşayıram. Onlara heç nə olmasın". O insanlara kasıb kimi baxıram. Mən xalqımız üçün yaşayıram. O qədər cılızam ki, oğlum-qızım üçün yaşayım? Onları böyütmüşəm, öz həyatları var. Mən heç onlara da məxsus deyiləm. Xalqımıza məxsusam, Allahınam. Anamı sevirəm. Uşaqlar da məni sevsin. Niyə onları sevməliyəm? Bol-bol sevgi verdim, evləndirdim, toylarını, uşaqlarının ad günlərini etdim. Edəcəm də. Artıq onlar mənim borcumu qaytarmalıdırlar”.