Olay
Olay

Şotlandiyalı musiqiçi Bakıda!

Şotlandiyalı musiqiçi Bakıda!

Məşhur şotlandiyalı zurnaçı və səyahət Ross Cennings Bakıya gəlib.

OLAY yazır ki, şəhərdə gəzintiyə çıxan Cennings Qız Qalası önündə Şotlandiyanın milli aləti olan Qreyt Haylend tuluq zurnası ilə “Cücələrim”i ifa edib.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyində Şotlandiya şairi Robert Börnsə həsr olunmuş tədbir baş tutub.

Cenninqs də Britaniyanın Bakıdakı səfiri Fergus Auldun dəvəti ilə tədbirdə iştirak edib.