Xalq artisti Tünzalə Ağayeva bir müddət əvvəl tədbirlərin birində həmkarı, Xalq artisti Faiq Ağayevlə birgə çəkilən fotosundan söz açıb.
OLAY yazır ki, sənətçi bu haqda “İncə səhər” verilişinə müsahibəsində danışıb.
Müxbirin “Bir tədbirdən sənət yoldaşlarınızla birgə çəkilən fotonu gördük. Orada sizin həmkarınız Faiq Ağayev də vardı. Bu şəkil müzakirələrə səbəb oldu. Dedilər ki, siz Faiqlə barışmısınız” sualına T.Ağayeva belə cavab verib:
“Aramızda dəhşətli bir şey baş verməyib. Hər şey yaxşıdır. Bunu deyə bilərəm. Əlbəttə ki, sənət insanları arasında müsbət barış ab-havası olmalıdır. Bu yaxşı bir şeydir. Bizdə də belə olsun”.
Müxbirin “Faiqlə aranızda buzlar əridi? Kin yoxdur” sözlərinə Tünzalə “Yoxdur” qısa cavabını verib.
Qeyd edək ki, sənətçilər uzun illər öncə “Səs Azərbaycan” layihəsinin AzTV-də yayımlanan bölümlərində münsif olmuş, yarışmadan sonra aralarından problem yaranmışdı.