Xalq artistləri Aygün Kazımova və Röya Ayxan bir-birinin ünvanına xoş sözlər deyib.
OLAY yazır ki, onlar bu barədə “Afaqla onlar” verilişində danışıb. R. Ayxan Kazımovanı ad günü münasibətilə təbrik edib:
“Ad gününü təbrik edirəm, cansağlığı arzu edirəm. Baxmayaraq ki, nə vaxtsa böyük qalmaqalımız olub. İllər keçir, biz böyüyürük, bəzi şeyləri başa düşürük. Cansağlığı, sənətdə uğur arzulayıram. O da özünü yaxşı tanıyan adamdır. Hər birimizə yaxşı mahnılar arzulayıram. Bizim prinsiplərimiz, rəqabətimiz mahnı üstündə olsun istəyərəm. Onsuz da heç vaxt şəxsi münasibətdə problem olmadı. Bu sənətlə, balaca dedi-qodularla oldu. Olsun. Sevirəm sizi”.
A.Kazımova isə efirdən həmkarının fikirlərinə cavab verib:
“Düz deyir. O məni çox sevir, mən də onu çox sevirəm. Məni ilk Röya təbrik etdi. Bir neçə gün əvvəl göyün yeddinci qatında... Biz tədbirdən gəlirdik, eyni təyyarədə idik. Orada gəldi məni təbrik etdi, qucaqlaşdıq, öpüşdük. Başqa cür necə ola bilər? Başqa cür olmamalıdır. Bəzi xoşagəlməz şeylər yaşanıb. Bizim ətrafımızdakı yaxınlarımız, dostlarımız bizi anlamayıb, nəinki biz bir-birimizi. Onların arasında anlaşılmazlıqlar olub ki, bizə yansıyıb. Jurnalistlər yaxud da kiməsə rahatdır ki, belə şeylər olsun, daha da üzərinə gedib. İndi Röya da böyüyüb. Böyük qızdır. Mən də böyümüşəm, böyük qızam. Mən bilirəm, həmişə bilmişəm. Bilirəm ki, doğrudan da Röyanın mənə böyük sevgisi var. Bu, qarşılıqlıdır. Böyüklər kimi hər zaman Vaqif Gərayzadənin tələbələrinə dəstək olmuşuq. Onlar da istedadlı olandan sonra necə sevməyəsən? Röya, canım, mən də səni sevirəm”.