Azərbaycanlı fotoqraf İsmayıl Rzayev nüfuzlu moda tədbirlərində iştirak edib.
OLAY yazır ki, Paris, Milan, Nyu-York və London moda həftələrində yer alan Rzayev bu barədə özü məlumat paylaşıb. Son olaraq Paris Moda Həftəsində “Louis Vuitton” dəfiləsində olan İsmayıl çəkdiyi fotoları izləyiciləri ilə bölüşərək bunları yazıb:
“Dünyada cəmi 4 əsas moda həftəsi var: Paris, Milan, Nyu-York və London. Mənim isə bu nüfuzlu tədbirlərdə iştirak edib, məşhurları lentə almaq, öz işimlə bu möhtəşəm atmosferdə iz qoymaq şansım oldu. Kim düşünərdi ki, bir gün belə tədbirdə kameraların obyektivinə düşəcəyəm! Bu unudulmaz anlara dəstək olan hər kəsə təşəkkür edirəm!”.