Müğənni Səidə Sultan növbəti dəfə qalmaqallı paylaşım edib.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda post paylaşıb. O, ad çəkmədən efirə tez-tez çıxan bəzi müğənnilərə söz atıb:
“Dünyanın heç bir yerində televiziya kanalları müğənnidən asılı qalmayıb. Bizim televiziya kanallarımız və ora gələn dəstəsi 50 qəpik, zövqsüzlüyü təbliğ edən qapı-qapı kanalları gəzən bir verilişə həftədə üç dəfə çıxan, ac, ləlöyün gözləri doymayan efir acları.... Mən təklif edirəm ki, bu görməmiş efir aclarını kanallar ştatlı işçi kimi işə götürsünlər. Gedin, dincəlin də. Müğənni də var ki adam tapmayanda bir saat qalmış ona deyirlər. Amma danışanda sənəti ağzına yerləşmir”.