Bir çox televiziya kanalında şou xarakterli, əyləncəli verilişlərin yayımı dayandırılıb.
OLAY-ın əldə etdiyi məlumata görə, bu qərar AZAL-ın təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan sərnişinlərin ruhuna hörmət əlaməti olaraq verilib.
Belə ki, dekabrın 30-a qədər sözügedən proqramlar yayımlanmayacaq.