Aparıcı Azər Zahidlə komediya aktyoru Mənsur Şərifov arasında gərgin anlar yaşanıb.
OLAY yazır ki, tərəflər arasında qalmaqal TikTok platformasında canlı yayım zamanı baş verib.
Aparıcı və aktyorun revanşında Mənsur qalib gəlib. Ona izləyiciləri 128 min 360 kupon göndərib. Azər isə 2507 hədiyyə ilə məğlub olub.
Şərifovun “Parçalamaq budur Azər” sözü qarşı tərəfin xoşuna gəlməyib. Hər iki tərəf arasında söz davası olub.
Azər bir gün sonra Mənsuru yenidən revanşa çağırıb.