Musiqi
Musiqi

Azərbaycanı Avroviziyada o təmsil edəcək

Azərbaycanı Avroviziyada o təmsil edəcək

Azərbaycanın Avroviziya-2022 təmsilçisi bəlli olub.

OLAY yazır ki, bu barədə İTV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramında məlumat verilib. Verilişdə qonaq olan Azərbaycan nümayəndə heyətinin sədri İsa Məlikov da qonaq olub. Qeyd olunub ki, bu il ölkəmizi “Səs Azərbaycan” mahnı müsabiqəsinin qalibi Nadir Rüstəmli təmsil edəcək.

Həmçinin, İ. Məlikov yarışma üçün 300 mahnı göndərildiyini,  onlar arasından ən yaxşı 6 mahnının seçiləcəyini və Nadir Rüstəmlinin ifasında seçim ediləcəyini vurğulayıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.