“Prens” serialının ulduzu Giray Altınok Blu TV-nin Azərbaycanda bağlanması ilə bağlı açıqlama verib.
Sənətçi “Pantene Altın Kelebek” mükafatlarının qırmızı xalısında OLAY-ın müxbiri Samirə Ərəblinskayanın “Blu TV Azərbaycanda bağlanıb. Tamaşaçılar “Prens”in üçüncü sezonunu necə izləyəcəklər?” sualına belə cavab verib:
“Serialın prodüseri azərbaycanlıdır. Mütləq o buna bir həll yolu tapacaq. Çox yaxında çox rahatlıqla izləyərsiniz”.
Qeyd edək ki, “Prens” ödül gecəsində “Ən yaxşı komediya serialı” və “Ən yaxşı komediya aktyoru” mükafatlarına layiq görüldü. Layihənin prodüseri MGX Filmin rəhbəri, azərbaycanlı iş adamı Müşviq Quluzadədir. Serialın yayımlandığı Blu TV platforması isə Azərbaycanda 30 sentyabrda yayımını dayandırıb.