Olay
Olay

Bred Pitt imicini düzəltmək istəyir

Bred Pitt imicini düzəltmək istəyir

Bred Pitt 2016-cı ildə Ancelina Coli ilə qalmaqallı boşanmadan sonra ictimai imicini düzəltmək üçün ciddi səylər göstərməyə qərarlıdır.

OLAY yazır ki, yaxın mənbələrə görə, Pitt ciddi və balanslı bir insan kimi görünmək istədiyi üçün Ines de Ramonla münasibəti bu imicini dəstəkləyir. Ancaq zaman-zaman özünü üstün göstərən bir davranış sərgilədiyi üçün münasibətlərində problemlər yaşaya bilər.

Ancelina ilə keçmişdə yaşadığı dramlar səbəbindən uşaqları ilə münasibətlərini yenidən düzəltmək istəyir və bunun zamanla mümkün ola biləcəyinə inanır.

Pitt-in böyük oğlu Paks Atalar Günündə etdiyi paylaşımı ilə bütün diqqətləri üzərinə çəkmişdi: 

“Sən dəfələrlə dəhşətli və kiçik bir insan olduğunu sübut etmisən. Dörd övladının sənin yanındaykən qorxudan niyə titrədiyini heç düşünmədin. Ailəmizə verdiyin ziyanı əsla anlamayacaqsan, çünki bunu düşünəcək qabiliyyətin yoxdur. Bir gün həqiqətlər ortaya çıxacaq. Atalar Günün mübarək, bərbad bir insansan!”

Mənbə: Glory Magazines