Olay
Olay

“Ərzaqın, kirayənin qiyməti qalxıb” - Xuraman

“Ərzaqın, kirayənin qiyməti qalxıb” - Xuraman

Müğənni Xuraman Şuşalı qiymətlərin qalxması barədə danışıb.

OLAY yazır ki, ifaçı bu barədə ARB-də yayımlanan “Bazar düzü” proqramında söz açıb.

Xuraman aparıcının “Nəyə görə müğənnilər toy qiymətlərini qaldırıblar” sualına belə cavab verib:

“Dekor şirkətimdə olan işçilər taksidən istifadə etməyə məcburdurlar. Onlar da iş qiymətlərini qaldırıb. Bayaqdan 150 manata gəlirdilərsə, indi 200 manat istəyirlər. Hər şeyin qiyməti qalxıb. Marketdə ərzaqın, kirayənin qiyməti qalxıb. Niyə müğənniyə gələndə irad bildirirlər? Müğənni tək gəlmir axı, özüylə dəstə gətirir”.