“Neftçi” klubunun yeni siması Robert Bauer paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, instaqramda Hörümçək adam maskası geyindiyi fotosunu paylaşan futbolçu “Ərinizi divanda belə görəndə...” şərhini yazıb.
İyulda yerli komandamıza transfer olunan Robert 29 yaşındadır və 4 övladı var.
Sosial mediada ailəsi və həyat yoldaşını ön plana çıxaran Robertə yerli Mauro İkardi demək olar...
Qeyd edək ki, Robert Bauer futbol karyerasına Almaniyanın tanınmış klublarından olan İngolstadt 04 komandasında başlayıb. Onun yaxşı çıxışları ona Almaniyanın Bundesliqasında diqqət qazandırıb. Daha sonra Werder Bremen klubuna transfer olaraq Bundesliqada mübarizəsini davam etdirib.
Bauer həmçinin Almaniyanın U-21 milli komandasını da təmsil edib. O, 2016-cı ildə Almaniya ilə Rio de Janeyroda keçirilən Olimpiya Oyunlarında gümüş medal qazanıb. Bauer, bu turnirdəki çıxışları ilə həm milli səviyyədə, həm də klub səviyyəsində özünü təsdiqləyib.