Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
OLAY yazır ki, yanınmış teatrşünas, rejissor Şaiq Səfərov 67 yaşında vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb
Qeyd edək ki, Şaiq Cabir oğlu Səfərov 1954-cü il dekabrın 18-də Bakı şəhərində anadan olub. O, 1972-1977-ci ilərdə Azərbaycan Dövlət İncəsənət İnstitutun Rejissorluq fakültəsini bitirib. Müxtəlif illərdə Gəncə Dövlət Dram, Sumqayıt Dövlət Dram, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında çalışıb.
2012, 2014, 2016 və 2018-ci illərdə Beynəlxalq Teatr Konfransları, Beynəlxlaq Kukla Teatrları Festivalının Bakıda keçirilməsi Şaiq Səfərovun adı ilə bağlıdır.
O, dəfələrlə Azərbaycanı xarici ölkələrdə keçirilən teatr simpoziumlarında, festivallarında, treninqlərində, seminarlarda layiqincə təmsil edib. Şaiq Səfərov bir müddət Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin teatr sektorunun müdiri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!