Müğənni Nadir Qafarzadə televiziyaların fəaliyyətini tənqid edib.
OLAY yazır ki, bu barədə müğənni instaqram platformasında şərh yazıb. Nadir qeyd edib ki, efir və sosial şəbəkələr biabırçı vəziyyətdədir:
“Azərbaycanda efirlər, sosial şəbəkələr nəinki, pis gündə, mən deyərdim ki, biabırçı vəziyyətdədir. Xarici kanallar olmasa, batardıq! Səviyyə -1... Bu TikTok-lar, instaqramlar – vay! Çox abırsız! Azərbaycana nə oldu?”