Olay
Olay

Brilliantı belə görməmisiniz!

Brilliantı belə görməmisiniz!

Xalq artisti Brilliant Dadaşova üç hitinə yeni nəfəs verir.

OLAY yazır ki, o, “Yarımgilə”, “Səninləyəm”, “Yalvarıram” adlı mahnılarını yenidən ifa edib. Sənətçi bunun üçün kamera qarşısına da keçib.

Dadaşova bu barədə görüntüləri instaqram hesabında “Yenə çəkirlər” başlığı ilə paylaşıb. “Caspian Media Group” tərəfindən ekranlaşdırılan işdə estrada ulduzu hollivudsayağı imici və kadrları ilə diqqət çəkir. Onun tərzi üzərində stilist Elnur Həsənov çalışıb.

Layihə yaxın günlərdə təqdim ediləcək.