Bu gün Türkiyədə azərbaycanlı müğənni Hissin (Röya Məmmədova) mahnı təqdimatı keçirilib.
OLAY yazır ki, Hissin 9-10 bəstədən ibarət olan albomunun ilk sinqlı “Bela”nın premyerası baş tutub.
Təqdimat gecəsində onu həmkarları da tək qoymayıb.
Belə ki, müğənnilər Nura Suri, Elçin Cəfərov, bəstəkar Hacı Nazim də Hissin yanında olub.
Qeyd edək ki, gənc ifaçı “Warner Music”lə müqavilə bağlayıb. Ona 500 min türk lirəsi ödəniş olunub.