Olay
Olay

Nuran Baloğlan Əşrəfovun məşhur mahnısını oxudu!

Nuran Baloğlan Əşrəfovun məşhur mahnısını oxudu!

Gənc artist Nuran mərhum Əməkdar artist Baloğlan Əşrəfovun repertuarına müraciət edib.

OLAY yazır ki, Nuran Elvin Elxanın layihə rəhbərliyi ilə mərhum sənətçinin məşhur “Çağır məni” bəstəsinə yeni nəfəs verib.

Müğənninin öz tərzinə uyğun formada səsləndirdiyi mahnının musiqi prodüseri Dahin (Nihad Məlikov), ifaçının vokal kouçu həmkarı Elçin Cəfərov olub.

Nuran bu ifasına Bakının maraqlı məkanlarının birində Soltan İbrahimovun rejissorluğu ilə klip çəkdirib.

Bununla yanaşı, fəaliyyətə başladığı ilk gündən stili ilə diqqət çəkən artist imicini dəyişib. O, layihədən öncə sarı saçları ilə vidalaşıb. Rəngli kostyumlarda kamera qarşısına keçən Nuranın tərzi üzərində Niko Lab çalışıb.

Sənətçinin sayca 4-cü klipi olan “Çağır məni” rəsmi yutub kanalında paylaşılıb.

İfaçı layihəsi haqqında danışarkən bildirib ki, mahnını ifa etmək üçün Əşrəfovun ailə üzvlərindən icazə alınıb:

“Baloğlan müəllimin oğlundan bəstənin icazəsini aldıq. Çox sağ olsun ki, xoş qarşıladı. Ümumiyyətlə, fəaliyyətə başladığım ilk günlərdən mərhum sənətkarımızın repertuarına müraciət etmək istəyirdim. Ağlımda sevilən digər mahnıları da var idi. Amma indiki dövrdə məni ən çox özünə çəkən “Çağır məni” oldu… İsti yay aylarında sizi keçmişlə bu gün arasında saxlayan, pozitiv enerji ötürən bir iş ərsəyə gətirdik. Ümid edirəm, bəyənərsiniz”.

Qeyd edək ki, bu, Nuranın təqdim etdiyi 5-ci mahnıdır. O, bundan öncə “Şıkı şıkı baba”, “Salamat qal, “Rədd ol” və “Fəda” adlı sinqllarını dinləyicilərinin ixtiyarına verib.

Onu da xatırladaq ki, “Çağır məni” mahnısının sözləri Əməkdar incəsənət xadimi Vidadi Babanlıya, musiqisi məhz Baloğlan Əşrəfovun özünə məxsusdur.