Olay
Olay

Nigara beş min ödənilməyib- Hücum edənə 5 illik həbs

Nigara beş min ödənilməyib- Hücum edənə 5 illik həbs

Bakıda yerləşən mağazalara və gözəllik salonlarına hücum edərək gündəmə gələn LGBT nümayəndəsi Kənan Tağıyevə hökm oxunub. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

OLAY xatırladır ki, onun hücum etdiyi mərkəzlərdən birinin sahibi də müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovadır. Sözügedən şəxs məşhur vizajistə 5 min manatdan çox məbləğdə zərər vurub. Salonda 2400 manatlıq güzgünü, 2600 manata olan saç aparatını, hər biri 350 manata olan güldanları sındırıb, min manatlıq gülü qırıb. 

N. İbrahimova OLAY-a açıqlamasında maddi zərərin hələ də qarşılanmadığını söyləyib. O bildirib ki, K. Tağıyeva hökm oxunduğunu yeni öyrənib:

“Hələ mənə ödəniş olunmayıb. Çünki o, hələlik 4 aylıq azadlıqdan məhrum edilmişdi. Hökm oxunmamışdı. Gözləyirik, bəlkə ödənilər”.