Olay
Olay

Nura, Dilarə və Hiss İstanbula niyə gedib?

Nura, Dilarə və Hiss İstanbula niyə gedib?

Azərbaycanın populyar simaları- müğənni Nura Suri, Dilarə Kazımova və Hiss Türkiyədədir.  

OLAY yazır ki, üç tanınmış sima bir neçə gün bundan əvvəl İstanbula istirahətə gedib. 

Müğənnilər ötən gün məşhur restoranlarının birində əylənən zaman lentə alınan rəngarəng görüntüləri instaqram hesablarında paylaşıblar. 

Onlar təkcə istirahətə yox, eyni zamanda iş barədə Türkiyədə danışıqlar aparıblar.  Belə ki, D. Kazımovanın tezliklə orada yeni layihələrə imza atacağı iddia olunur.  

Qeyd edək ki, Hiss bir neçə ay bundan əvvəl İstanbulda beynəlxalq leybl olan “Warner Music Group”la (WMG) müqavilə imzalayıb.  
Dilarənin də sözügedən şirkətlə əməkdaşlıq edəcəyi istisna edilmir.