Türkiyədə səfərdə olan qazilərimiz bu dəfə “Kuruluş: Osman” serialının çəkiliş meydançasına gediblər.
OLAY yazır ki, onlar ekran işinin aktyor heyəti və işçiləri ilə bir araya gəliblər. Vətən müharibəsi iştirakçılarının həmin anları sosial şəbəkələrdə yayılıb.
Paylaşılan videolarda onların serial komandası ilə birgə “Qarabağ Azərbaycandır”, “Qarabağ türkündür” şüarlarını səsləndirməsi əks olunub.
Qeyd edək ki, 15 qazi daha əvvəl aktyorlar Oktay Kaynarca və Necati Şaşmaz ilə görüşüb.