Sosial şəbəkələrdə Xüsusi Təyinatlı Qüvvələrin Baş Giziri Banipaşa Əvəzin aktyor Oktay Kaynarcaya medalını bağışlaması müzakirə yaradıb.Kimisi Vətən müharibəsi iştirakçısını tənqid edərək bunun yanlış olduğunu yazıb, kimisi isə onu haqlı hesab edib.
Mövzu haqda OLAY-a danışan hərbi ekspert Ədalət Verdiyev qazinin düzgün addım atmadığını söyləyib:
“Bu qətiyyən doğru deyil. Medalın sənədində aktyorun deyil, qazinin adı yazılıb. Bu da dövlət rəhbəri tərəfindən ona verilmiş dəyərdir. Çox yanlış bir addımdır, analoqu olmayan hadisədir. Nədənsə belə hallara yalnız Azərbaycanda rast gəlinir, başqa yerlərdə yox. Kifayət qədər səhv addımdır və bunu qınayıram”.
Qeyd edək ki, qazimiz aktyora “İgidliyə görə” medalını hədiyyə edib.