Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ailə qurur.
OLAY yazır ki, doğum günü tarixində sevgilisi tərəfindən evlilik təklifi alan ifaçının artıq nişan tarixi müəyyənləşib.
Məclis yanvarın 26-da Moskvada baş tutacaq.
Qeyd edək ki, Aysun üç gün qabaq ona evlilik təklifi olması barədə instaqramda məlumat paylaşmışdı.
O, sevgilisinin üzünü gizlədən foto yayaraq adının baş hərfinin “E” olduğunu bildirmişdi.