Bəstəkar-müğənni Murad Arifin məşhur “Youtube” layihəsi “Popumuz var” geri qayıdır.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat verib.
O bildirib ki, tezliklə verilişin yeni buraxılışları yayımlanacaq.
Qeyd edək ki, proqramın ilk buraxılışı 2018-ci ilin fevralında, sonuncu bölümü isə ötən ilin fevralında paylaşılıb. Onu da bildirək ki, veriliş bir müddət İctimai Televiziyada yayımlansa da, Murad Arif yeni bölümlərin yalnız “Youtube”da olacağını bildirib.