Olay
Olay

Nigar Camal adından istifadə edən şəxsi polisə verdi

Nigar Camal adından istifadə edən şəxsi polisə verdi

Avroviziya qalibimiz Nigar Camal adından TikTok-da səhifə açıb, insanları şantaj edən şəxs barədə şikayət ərizəsi yazıb.  

OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib: 

“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan TikTok hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.  Daxili İşlər Nazirliyi başda olmaqla, məsələylə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”.  

Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs TikTok-da Nigarın adından fanatlarına mesaj yazıb, onlardan foto istəyib. Daha sonra isə onları şəkilləri ilə şantaj edib, pul istəyib.