Olay
Olay

“Xəstəxanaya bir qəpik də pul verməmişəm”

“Xəstəxanaya bir qəpik də pul verməmişəm”

“Hələ müalicə alıram, kimyaterapiyalarım davam edir. Bir-iki aydan sonra tam qərar veriləcək. Sonra biləcəyik ki, vəziyyətim nə yerdədir”.

Bu sözləri OLAY-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. O bildirib ki, xəstəxana ondan müalicə üçün pul almır:

“Ümumiyyətl,ə mən xəstəxanaya pul ödəmirəm. Dörd ildir oranın xəstəsiyəm, ödəniş etməmişəm. Orda hər şey mənə pulsuzdur. Bu güzəşt deyil, mən heç pul ödəmirəm. Bir var endirim edirlər, amma mən bir qəpik də pul verməmişəm”.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa sonuncu dəfə 34-cü kimyaterapiyanı qəbul edib.