Olay
Olay

“Erotik səhnələrə çəkilmək istəyirsizsə, Avropaya gedin”

“Erotik səhnələrə çəkilmək istəyirsizsə, Avropaya gedin”

“Çimnaz Sultanovanı bir serialdan, sonra heç yerdə görməmişəm. Mənim yadımda dekolte geyimləri ilə, qısa ətəkləri ilə qalıb”.

OLAY yazır ki, bu sözləri stilist Elnur Həsənov aparıcısı olduğu “Deməsəm, olmaz” verilişində deyib.

O, aktrisa Çimnaz Soltanovanın Yeni illə bağlı paylaşdığı görüntüləri qınayıb:

“Məncə, Çimnaz xanım erotik aktrisa olmaq, erotik səhnələrə çəkilmək istəyir. Amma, Çimnaz xanım, bura Azərbaycandır. Əgər başqa formada aktrisalığınızı sınamaq istəyirsizsə, Avropa ölkələrinə üz tutun. Onu görəndə xarici telekanallardakı görüntülər ağlıma gəlir. Əgər sizə hansısa bir filmdə yüngül həyat tərzi keçirən qadın obrazı veriblərsə, siz də bu görüntüləri tizer kimi paylaşmısınızsa, o zaman sizi alqışlayardım. Ancaq bunu hər zaman edirsiz, nə axtarırsız, nə istəyirsiz, bilirsizmi?”.