“Arka Sokaklar”ın Rza Babası Zafer Ergün “Yeraltı” serialını tənqid edib.

OLAY yazır ki, sənətçi Dövlət Baxçalının ekran işinin baş rolu Uraz Kaygılaroğluna zəng etməsinə münasibət bildirib:

“Yəqin ki, xalqın da istəyi budur. 20 ildir problemləri həll etmək məqsədilə “polis”lik edirik, amma nüfuzumuz onlarınkı qədər deyil”.

Qeyd edək ki, “Yeraltı”nın da ssenaristi “Kurtlar vadisi”ndə olduğu kimi Raci Şaşmazdır. Z. Ergin də sözügedən layihədə əfsanəvi Karahanlı obrazını canlandırmışdı.