Aktyor Ozan Akbaba Türkiyənin reytinqli “Ben bu cihana sığmazam” serialına azərbaycanlı obrazı ilə daxil olub.
OLAY yazır ki, ekran işinin ötən gün yayımlanan bölümündə Qardaşov kimi təqdim edilən iş adamının ilk səhnəsi təqdim edilib.
Sonda Qardaşov Oktay Kaynarcanın canlandırdığı Cezayir obrazına yardım üçün gəlir, ona kömək edir. Ardınca Cezayirlə Qardaşov salamlaşır, azərbaycanlı iş adamı ona “Necəsən” deyə sual verir.
Bu zaman fonda “Çırpınırdı Qaradəniz” mahnısının musiqisi səslənir.
Xatırladaq ki, Akbaba özü də əslən azərbaycanlıdır.