4 ay əvvəl misirli milyarder Meedoo Alsaloussi ilə ailə quran türkiyəli iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı boşanmaq qərarına gəlib.
OLAY yazır ki, Subaşının boşanma qərarında psixoloji təzyiqin təsirli olduğu bildirilib. Şeyma üçün ən mühüm dəstək keçmiş həyat yoldaşı Acun Ilıcalıdan gəlib.
Ilıcalının Şeymaya “Boşan, arxandayam” deyərək hər cür maddi və mənəvi dəstəyi verəcəyini vəd etdiyi bildirilib.