Britaniyalı müğənni Adel çıxışları zamanı təkcə səhnədə mahnı oxumur, həm də zala enir və orada pərəstişkarları ilə söhbətləşir.
OLAY yazır ki, sənətçi belə söhbətlərin birində artıq evli xanım olduğunu dilə gətirib.
Hadisə bu həftə sonu Las-Veqasda Adelin onunla evlənmək istəyən pərəstişkarı ilə söhbəti zamanı baş verib.
"Yox, mən səninlə evlənə bilmərəm. Mən heteroseksualam, əzizim, bu gün ərim buradadır. Heç cəhd etmək də istəmirəm. Mən Riçi iləyım. Sən dəlisən, məni rahat burax” - deyib.
Adelin bu sözləri sosial şəbəkələrdə yayılıb.
Pərəstişkarları sənətçinin bu sözləri təsadüfən dediyini iddia ediblər.