Rusiyalı bloger Dani Miloxinin övladlığa götürən atası Dmitri Tyulenev oğlunun görmə qabiliyyətinin orduda xidmət etmək üçün çox zəif olduğunu söyləyib.
OLAY yazır ki, Tyulenev Daninin görmə qabiliyyətinin mənfi 6,5 olduğunu vurğulayıb.
Bundan əlavə, o, oğlunun Rusiyaya qayıdışı barədə heç nə bilmədiyini də qeyd edib.
Qeyd edək ki, Rusiya KİV-də Miloxinin Rusiyaya qayıdacağı təqdirdə, hərbi xidmətə çağırıla biləcəyi barədə məlumatlar yayılıb.