Türkiyəli məşhur müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı Kloe Luqnan gözlənilməz açıqlama edib.
OLAY yazır ki, o, evlilik zamanı Ortaçın qumar oynamaq üçün atdığı addımla bağlı danışıb.
"Serdar zinət əşyalarımı satdı, qumar oynadı! Keçmiş ərim qumar oynamağı məndən çox sevirdi. İlk günlərimiz çox çətin keçdi. Bəzən səhər oyanırdım, ərim qumar oynamağa Kiprə gedib. O vaxtlar mən həmişə ailəmin yanına qayıdırdım, insanlar məni qınayırdılar. Heç kim bu barədə düşünməyib, Ailəmə dedim. Anam mənim ən yaxın dostumdur, Türkiyəyə gələndə bunu görüb. Çox riskli həyatdır, uşaq dünyaya gətirsəm nə yaşayacağımızı bilmirdim, ona görə də övladım olmadı" - deyə Kloe bildirib.