Kral ailəsi, şahzadə Harrinin titulunu rəsmi internet saytından silib.
OLAY yazır ki, bu addım Harrinin Meqan Markl ilə birlikdə krallıq vəzifələrindən istefa verdikdən və Böyük Britaniyadan ABŞ-a köçdükdən üç il sonra atılıb.
Hazırda Kraliça II Yelizavetanın nəvəsi "Əlahəzrət" deyil, hersoqdur.
Həmçinin Kral Ailəsi bölməsində şahzadə Harri və Meqan Marklın adları səhifənin aşağısına köçürülüb. Onlar siyahıda adı qalmaqallarda hallanan və rüsvay olmuş şahzadə Endryunun adından əvvəl qeyd ediliblər.