Tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhiyyə Əliyevanın adından dələduzluq edilib.
OLAY yazır ki, "Facebook" sosial şəbəkəsində iş xanımının adından saxta hesab yaradılıb. Daha sonra isə həmin hesabdan canlı yayım açılıb və izləyicilərə 1000 manat pul mükafatı vəd ediıib.
Şərtlərə əməl edənlərdən daha sonra kart məlumatları istənilib. Bu isə aldanan "Facebook" istifadəçilərinin kart hesablarından pullarının oğurlanmasına səbəb ola bilər.
Ruhiyyə Əliyeva "İnstagram" hesabında paylaşım edərək dələduzlara qarşı ehtiyatlı olmağa çağırıb.