Olay
Olay

Şakira qisas olmağa davam edir - Bu dəfə...

Şakira qisas olmağa davam edir - Bu dəfə...

Dünyanın ən məşhur cütlüklərindən olan müğənni Şakira və futbolçu Jerar Pikenin xəyanət və ayrılıq macərası bir ildir ki, gündəmdən düşmür. 

OLAY yazır ki, son həftələrdə edilən qarşılıqlı açıqlamalar və iddialar mövzunu başqa məcraya yönəldib. 

Şakiranın dünyanın ən məşhur futbolçularından olan Jerar Pike ilə 12 ilə yaxındır davam edən böyük sevgisi və bu sevginin xəyanətlə bitməsi uzun müddətdir ki, dillərdən düşmür.

2 övladının atası Pike tərəfindən öz evində aldadıldığını öyrənən ulduz müğənni münasibətlərinə son qoyaraq, İspaniyanı tərk edib və ABŞ-a köçüb. 

Ötən həftə iki oğlu ilə Kosta-Rikaya tətilə gedən Şakira bu dəfə dəfilələri məşhurlarla dolu olan Paris Moda Həftəsində görünüb. 

"Viktor & Rolf Haute Couture" moda evinin nümayişinə gələn və avtomobilindən düşən kimi bütün gözləri ona çevirən Şakira mahnılar və cadugər maketləri ilə başladığı qisası davam etdirib. 

Məşhur müğənninin bu dəfəki mesajı qatıldığı tədbirə uyğun olaraq dəblə verilib. Onun geyindiyi parlaq ağ palto metal işlənmiş detallarla diqqət cəlb edib.

Marağa səbəb isə paltonun sinə hissəsində “YOX” sözü olub. Müğənninin bu yolla keçmiş sevgilisinə mesaj yolladığı ehtimal edilib.